"Sabah" 6 oyunluq məğlubiyyət seriyasına son qoydu
23 noyabr 2020 17:55 (UTC +04:00)

"Sabah" 6 oyunluq məğlubiyyət seriyasına son qoydu

0

Azərbaycan Premyer Liqasında X tura yekun vurulub.

Apasport.az saytının məlumatına görə, turun bu gün keçirilən son matçında “Sabah”la “Səbail” üz-üzə gəlib.

Noyabrın 21-də baş tutması nəzərdə tutulan, lakin futbolçuların yenidən koronavirus testindən keçməsi səbəbindən bu günə təxirə salınan qarşılaşmanın taleyi ilk 45 dəqiqədə həll olub. Qonaqların qapısından iki cavabsız top keçirən “Sabah” son dəqiqələrdə bir qol buraxsa da, 3 xal qazanıb.

Bu, paytaxt təmsilçisinin son pillədən qurtulması üçün yetərli olub. Visente Qomesin yetirmələri qələbə ilə 6 matçlıq məğlubiyyət seriyasına son qoyub. “Sabah”ın son qələbəsi 64 gün öncə - sentyabrın 20-də keçirilən “Zirə” ilə qarşılaşmaya (2:0) təsadüf edib. Maraqlıdır ki, “Sabah”ın uğursuzluqları məhz “Səbail”lə IV turun görüşündə (1:2) başlayıb.

Həmin qarşılaşmadan sonra uduzmayan “Səbail”in isə məğlubiyyətsizlik seriyası başa çatıb. Aftandil Hacıyevin yetirmələri sentyabrın 19-da “Sumqayıt”a 1:2 hesabı ilə uduzandan 65 gün sonra məğlubiyyətlə üzləşib.

Qeyd edək ki, turun digər oyunlarında “Qarabağ” “Sumqayıt”ı (6:1), “Zirə” “Keşlə”ni (3:1) öz meydanında, “Neftçi” isə “Qəbələ”ni (4:1) səfərdə məğlub edib.

Premyer Liqa

X tur

23 noyabr

16:00. “Sabah” – “Səbail” - 2:1

Qol: Amadu Diallo, 11, Amin Seydiyev, 33 - Rauf Əliyev, 90+5

Baş hakim: Rəşad Əhmədov

“Sabah”: 1. Saşa Stamenkoviç, 7. Coşqun Diniyev, 15. Ruslan Abışov (k), 4. Bəhlul Mustafazadə, 14. Slavik Alxasov, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 30. Mario Marina, 18. Xulio Sezar Rodriqez, 11. Ozan Can Kökcü, 2. Amin Seydiyev

Ehtiyat oyunçular: 12. Alvaro Villete, 8. Elşən Abdullayev, 17. Məhəmməd Mirzəbəyov, 90. Ramil Şeydayev, 46. Aleksey İsayev, 3. Ulise Diallo, 20. Elçin Mustafayev, 29. Ceyhun Nuriyev, 77. Veysəl Rzayev

Baş məşqçi: Visente Qomez

“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 9. Florian Kadriu, 8. Bəxtiyar Rəhmani, 3. Turan Manafov, 99. Bahadur Həziyev

Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 17. Elçin Rəhimli, 28. Məqsəd İsayev, 6. Orxan Qurbanlı, 29. Amil Yunanov, 13. Əli Sadıxov, 2. Arsen Ağcabəyov, 77. Ədilxan Qarəhmədov

Baş məşqçi: Aftandil Hacıyev

“Bank Respublika Arena”

1

Qarabağ

9

5

3

1

26-6

18

2

Zirə

10

5

3

2

12-9

18

3

Neftçi

10

5

2

3

11-13

17

4

Sumqayıt

10

4

3

3

13-15

15

5

Keşlə

10

3

3

4

11-15

12

6

Sabah

10

3

0

7

10-13

9

7

Səbail

9

2

3

4

10-12

9

8

Qəbələ

10

1

5

4

8-18

8

Bombardirlər: Əli Qurbani ("Sumqayıt"), Filip Ozobiç, Mahir Emreli (hər ikisi "Qarabağ"), Namiq Ələsgərov ("Neftçi") - 6 qol.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 1877

Oxşar yazılar